Aprelin 8-də İrana səfər etmiş SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının neft naziri Bijan Namdar Zənganə ilə görüş keçirmişdir.Görüşdə Azərbaycan və İran arasında neft-qaz sektorunda əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə edilmiş, əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar olduğu bildirilmişdir. Tərəflər İranda həyata keçirilən neft-qaz layihələrində SOCAR-ın iştirakı, qaz ticarəti sahəsində əməkdaşlıq, üçüncü ölkələrdə birgə layihələrin mümkünlüyü məsələlərini nəzərdən keçirmiş, ətraflı fikri mübadiləsi aparılmışdır. Yekunda müzakirə olunan mövzular üzrə araşdırma və təmasların işçi qaydada davam etdirilməsi qərara alınmışdır.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb