10 aprel 2017 15:11
251

SOCAR-ın prezidenti İranın neft naziri ilə görüşüb

Aprelin 8-də İrana səfər etmiş SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının neft naziri Bijan Namdar Zənganə ilə görüş keçirmişdir.

Görüşdə Azərbaycan və İran arasında neft-qaz sektorunda əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə edilmiş, əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar olduğu bildirilmişdir. Tərəflər İranda həyata keçirilən neft-qaz layihələrində SOCAR-ın iştirakı, qaz ticarəti sahəsində əməkdaşlıq, üçüncü ölkələrdə birgə layihələrin mümkünlüyü məsələlərini nəzərdən keçirmiş, ətraflı fikri mübadiləsi aparılmışdır. Yekunda müzakirə olunan mövzular üzrə araşdırma və təmasların işçi qaydada davam etdirilməsi qərara alınmışdır.