21 may 2018 20:17
997

Bakıda partlayış olub - 2 nəfər ölüb

Bakıda baş verən partlayış nəticəsində iki nəfər ölüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova AzVision.az-a bildirib ki, partlayış zamanı ölənlərdən biri kişi, digəri qadındır. Onun sözlərinə görə, hadisə nəticəsində yaralanan 2 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu gün Binəqədi rayonunda, “Elite” ticarət mərkəzinin yaxınlığındakı avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yerləşən kafedə partlayış qeydə alınıb.