SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi TSEN ISO/IEC17024 “Personal sertifikat-laşdırılmasını həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar” standartının tələb və şərtlərinə uyğun quraraq TS EN ISO/9606-1 “Qaynaqçı bacarıq sınağı” beynəlxalq standartına əsasən şirkətin bütün struktur bölmələrində, eləcə də digər müəssissə və təşkilatlardan daxıl olan sifarişlərə əsasən 6 müxtəlif qaynaq metodu üzrə qaynaqçıların attestasiyasını keçirir.
2017-ci ilin ilk rübü ərzində 345 nəfər qaynaqçının attestasiyası və peşə sınağı həyata keçirilmişdir. İllik plan-qrafikə uyğun olaraq Heydər Əliyev adına Neft Emalı Zavodu və “Azəriqaz” İB-nin qaynaqçılarından əlavə “Azneft” İB-nin 186 nəfər qaynaqçısının da növbədənkənar attestasıyası keçirilmiş və yekun protokollar tərtib edilmişdir. Qaynaqçıların sertifikatlaşdırma işləri davam etdirilir.
Təlimin sonunda qaynaqçılara TTSİ tərəfindən “SOCAR” və ya beynəlxalq “TÜRKAK” loqolu sertifikatlar verilir.a
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb