Neft və qaz hasilatının artırılması üçün prioritet sahələrdən biri də quyuların təmir işlərindən sonra istismara qaytarılmasıdır.“Azneft” İstehsalat Birliyi bu sahədə fəaliyyətini uğurla davam etdirir.
Cari ilin mart ayında quyularda 90 əsaslı və 1567 cari təmir işi aparılmış, proqnozlara müvafiq olaraq 103,4% və 106,8% əməl olunmuş, 57 quyu istismara daxil edilmişdir. Həmin quyulardan ümumilikdə 21433,4 ton neft, 15 milyon kubmetrdən artıq qaz hasil edilmişdir. Ötən ay “28 May” NQÇİ üzrə 6 quyu əsaslı təmir edilərək istismara verilmiş, əlavə olaraq 12892 ton neft, 11,191 milyon kubmetr qaz və 607 ton kondensat hasil edilmişdir. “Neft Daşları” NQÇİ-də əsaslı təmir olunmuş 16 quyudan 7-si istismara qaytarılmış, onlardan 5109 ton neft hasil edilmişdir.
Ümumiyyətlə, N.Nərimanov, H.Z.Tağıyev, Ə.C.Əmirov, “Abşeronneft”, “Bibiheybətneft” Neft və Qazçıxarma İdarələri, həmçinin “Qaz Anbarlarının İstismarı” İdarəsi üzrə 45 quyu əsaslı təmir olunmuş, əlavə 3432,4 ton neft çıxarılmışdır.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb