Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda qarşıda duran vəzifələrin icrasına həsr olunmuş istehsalat müşavirəsi keçirilmişdir.
Zavoda yeni təyin olunmuş direktor Roman Nağıyev kollektiv qarşısında çıxışında qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan zavod öz fəaliyyəti və potensial imkanları ilə dünyada tanınır. “Əsrin müqaviləsi”nin, “Şahdəniz” layihəsinin və digər bir sıra regional layihələrin həyata keçirilməsində BDÖZ-ün xüsusi rolu var. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla icra olunan enerji strategiyasının həyata keçirilməsində geniş istehsal potensialı ilə müvafiq töhfələr verən zavodun istehsalat sahələrində son illərdə bir sıra modernizasiya və yenidənqurma işləri aparılmışdır.
Müşavirədə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş fikir mübadiləsi aparılmış, təklif və tövsiyyələr dinlənilmiş, “Ümumdünya Əməyin Mühafizəsi günü” ilə bağlı əməkdaşlar arasında, xidmət sahələrində maarifləndirmə tədbirlərinin aparılması, aprel ayı ərzində keçirilən yaz iməciliklərində işçilərin fəal iştirakı, xidmət sahələrində əməyin təhlükəsizliyi sahəsində işlərin diqqətdə saxlanılması və digər məsələlər barədə müvafiq tapşırıqlar verilmişdir.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb