2017-ci ilin birinci rübündə həyata keçirilən texniki-geoloji tədbirlər nəticəsində hasilatın həcmi artıb
SOCAR “Azneft” İstehsalat Birliyinin bütün struktur bölmələri kimi, “Bibiheybətneft” NQÇİ-nin kollektivi də 2017-ci ilin birinci rübünü yüksək texniki-iqtisadi göstəricilərlə başa vurub. Xüsusi olaraq vurğulamaq lazımdır ki, cari ilin yanvar-mart aylarında Bibiheybət yatağında həyata keçirilən tədbirlər nəticəsində hasilatın həcmində artım qeydə alınıb.
NQÇİ-nin rəisi Fəxri Haqverdiyevin sözlərinə görə, 2017-ci ilin yanvar-mart aylarında neft-qaz hasilatı üzrə plan-tapşırıqlar artıqlaması ilə yerinə yetirilib. Plan üzrə 27800 ton neft hasilatı nəzərdə tutulduğu halda, faktiki 29371 ton neft hasil olunub. Plan 105,7 faiz yerinə yetirilib. Neft təhvili planına isə 106,5 faiz əməl olunub. Belə ki, 27700 ton neft təhvili nəzərdə tutulduğu halda, faktiki olaraq 29503,458 ton neft təhvil verilib.
Yanvar-mart aylarında qaz hasilatı planı 156,1 faiz yerinə yetirilib. Plan üzrə 3 milyon 300 min kubmetr qazın hasil olunması nəzərdə tutulduğu halda, faktiki olaraq bu rəqəm 5 milyon 150 min kubmetrə bərabər olub. NQÇİ-də həmçinin plan üzrə 2 milyon 750 min kubmetr qaz təhvili nəzərdə tutulduğu halda, faktiki 4 milyon 600,473 min kubmetr qaz təhvil verilib. Plan 167,3 faiz yerinə yetirilib.
F.Haqverdiyev qeyd etdi ki, digər texniki-iqtisadi göstəricilər də yüksək olub. Ötən dövr ərzində 130 quyuda texniki tədbir nəzərdə tutulduğu halda, faktiki olaraq 139 quyuda texniki tədbir aparılıb. Həmçinin 11 quyuda əsaslı, 464 quyuda yeraltı təmir işi görülüb.
NQÇİ-nin rəisi ətraf mühitin mühafizəsi sahəsində görülən işlərdən danışdı. Bildirdi ki, SOCAR-ın hazırladığı “Ətraf mühitin mühafizəsi üzrə 2017-ci ilin Tədbirlər Planı” ilə bağlı “Bibiheybətneft” NQÇİ-də təmiz ekoloji mühitin yaradılması işləri davam etdirilir. Belə ki, 2017-ci ilin birinci rübü ərzində NQÇİ-nin mədən ərazilərində 0,52 hektar sahədə torpaqlanma və abadlıq işləri aparılıb. Quyuətrafı ərazilərdə abadlıq işləri görülüb, mancanaq dəzgahları və quyu ağzı avadanlıqlar rənglənib. Qapalı yuma sistemi ilə əlaqədar olaraq, 5 ədəd 30 kubmetrlik çənlərin quraşdırılması işləri aparılıb. Hazırda kommunikasiya xətləri çəkilir.
Bununla yanaşı, 282525 kubmetr lay suları utilizə olunub. Mədən ərazilərində 27 monitorinq keçirilib. Hazırda “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən ərazidə əkilmiş 51130 ağac və kola aqrotexniki qulluq göstərilir.
Nail Rəhimzadə, “İki sahil”
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb