“Çilov” neft-qaz yatağında səmt qazının həcminin müəyyən edilməsi üçün instrumental ölçmələr aparılmışdır
SOCAR-ın Ekologiya İdarəsi tərəfindən Abşeron ərasizində istismarda olan neft-qaz yataqlarında hasil edilən aşağı təzyiqli səmt qazının idarə olunması məqsədi ilə mütəmadi olaraq ekoloji monitorinq və insturmental ölçmə işləri həyata keçirilir.
Bu işlərin aparılmasında məqsəd səmt qazının dəqiq həcmini müəyyənləşdirmək və təkrar hasilata qaytarılması üçün təkliflər hazırlamaqdır. Bu günlərdə “Azneft” İB-nin “28 May” NQÇİ-nin istismar etdiyi “Çilov” neft-qaz yatağında növbəti ekoloji monitorinq işləri aparılmışdır. Yataqda istismarda olan 35 neft quyusunda ölçmə işləri aparılaraq hazırlanmış hesabat “Azneft” İB-nə təqdim olunmuşdur. Həmin quyulardan çıxan səmt qazının yığılaraq nəql boru sisteminə qoşulması istiqamətində tədbirlər nəzərdə tutulur. Bu kimi tədbirlərin həyata keçirilməsi SOCAR-ın ekoloji siyasətinin əsas prioritet sahəsidir. Ekologiya İdarəsi tərəfindən SOCAR-ın digər neft-qaz çıxarma müəsissələrində səmt qazı ilə bağlı ekoloji monitorinq və ölçmə işləri davam etdirilir.
Qeyd edək ki, SOCAR 2014-cü ildə Dünya Bankının “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” təşəbbüsünə qoşulmuşdur. GGFR təşkilatının bu təşəbbüsünə əsasən, 2030-cü ilədək neft şirkətlərinin normal hasilat prosesində hasil olunan səmt qazının yandırılması və atmosferə atılmasının qarşısını almaq hədəf götürülmüşdür.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb