20 aprel 2017 16:32
278

Ağcabədinin daha bir yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib

Bu gün Ağcabədi rayonunun Gələbədin kəndinə ilk dəfə təbii qaz verilib.

Bu barədə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsi.ndən məlumat verilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 269 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16 334 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Ağcabədi rayonunun Qiyaməddinli və Qaravəlli kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.