Ekologiya İdarəsi tərəfindən SOCAR və BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi arasında imzalanmış “Azərbaycanın yanacaq sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı” (NAMA) çərçivəsində “Binalarda enerji sərfiyyatı/istilik hasilatı: yeni binalarda enerjinin səmərəli tərtibatı, ictimai iaşə və yaşayış binalarında modifikasiya işləri” mövzusunda təlim-seminar keçirilmişdır.Seminarda iqlim, enerji və binaların enerji səmərəliliyi (əsas prinsiplər), inteqrasiya edilmiş bina dizaynı və enerji simulyasiyaları, dünyada yüksək effektivli bina nümunələri mövzusunda təqdimatlar olmuşdur.
Təlim-seminarda “Azneft”, “Azəriqaz”, “Azərikimya” Istehsalat Birlikləri, emal müəssisələri, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun mütəxəssisləri iştirak etmişlər.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb