Rusiya Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələri ilə xam neft hasilatının azaldılması üzrə Vyana sazişi çərçivəsində aprelin sonunadək gündəlik hasilatını 300 min barrel azaldacaq.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib. Nazir bildirib ki, aprelin sonunadək Rusiya götürdüyü öhdəliyi tam yerinə yetirəcək və sutkalıq hasilatı 300 min barrel azaldacaq.
Qeyd edək ki, OPEC-in Monitorinq Komitəsinin növbəti görüşünün mayın 25-də keçirilməsi planlaşdırılır. Həmin görüşdə neft hasilatının azaldılması üzrə müqavilənin müddətinin daha 6 ay uzadılması barədə qərar qəbul edilməsi gözlənilir. İlkin müqavilənin müddəti isə ilin birinci yarısınadək idi.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb