KÖŞƏ

Zahid Rza

Qondarma “erməni soyqırımı” tarixin ən böyük yalanıdır

24 aprel 2017 17:44
2689

100 ildən artıqdır ki, ermənilər hər il aprelin 24-də öz xəyanətkar əməllərini ört-basdır etmək üçün “erməni soyqırımı” cəfəngiyatı ilə Osmanlı İmperiyasını ittiham edərək hay-küy kampaniyası aparırlar.

Əslində aprelin 24-də Osmanlı dövləti ərazisində bir erməni belə qətlə yetirilməyib. Sadəcə olaraq ölkədə cinayətkar fəaliyyətinə görə “Daşnak” və “Hnçak” partiyalarının rəhbərləri həbs olunub. 

Tarixi faktlar, arxiv materialları da sübut edir ki, həmin şəxslər yalnız həbs olunublar. Ermənilərin bəhs etdiyi köçürülmə hadisəsi də bu tarixə təsadüf etmir.

Qondarma “erməni soyqırımı” məsələsinin mahiyyəti belədir: Osmanlı İmperiyasını parçalamaq istəyən dövlətlər XIX əsrin əvvəllərindən etibarən ona qarşı müxtəlif planlar cızırdılar. “Şərq məsələsi” adlanan ideya da məhz həmin planların rellaşdırılması məqsədilə ortaya atılmışdı. Osmanlı dövlətinin daxili işlərinə müdaxilə etmək üçün Türkiyədə yaşayan xristian azlıqların mənafeyinin “qorunmaması” məsələsi bəhanə ola bilərdi. Osmanlı İmperiyası ərazisində aysorlar, yunanlar, xristian ərəblər yaşasalar da, erməni azlığı daha çox diqqəti çəkirdi. Bu, onların xarakterindən - xəyanətkar olmalarından, satqınlığından, şəraitə uyğun olaraq dinlərini və məzhəblərini dəyişmək xislətindən irəli gəlirdi. 

1890-cı ildən etibarən başlayan üsyanlar 1915-ci ildə Osmanlı hakimiyyətini radikal qərarlar almağa məcbur etmiş və sözügedən soyqırımı iddiası da bu dövrdən etibarən ortaya çıxmışdır. Güclənən erməni millətçiliyi Anadolunun şərqində və Kilikya adlanan cənub bölgələrində kütləvi şəkildə yaşayan ermənilərdə separatçı meyli gücləndirdikcə üsyanlar da təbii hal almağa başlamışdı. İlk üsyan 1890-cı ildə Ərzurumda gerçəkləşmiş, daha sonra Van, Sason, Adana üsyanları bir-birini izləmişdir. Bu hadisədən sonra 1905-ci ildə Sultana sui-qəsd cəhdi olsa da uğursuzluqla nəticələndi. Bölgədə təşkilatlanan erməni komitələri mülki şəxslərə qarşı da xüsusi amansızlıq nümayiş etdirmişdilər. Gerçəkləşdirilən üsyanlar və Birinci Dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı dövləti 27 may 1915-ci ildə “Köç” qərarı çıxartdı. Bu qərar öncəsində isə bu gün ermənilərin soyqırımı günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edilmişdir. Onların böyük əksəriyyəti kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi. Köç qərarı Anadoluda yaşayan ermənilərin Osmanlının digər bölgələrinə səpələnməsini nəzərdə tutsa da, praktikada hər şey fərqli cərəyan etdi. Köç karvanlarına edilən hücumlarda ölən ermənilər bir kənara, həm də yollarda aclıqdan və xəstəlikdən ölənlər kifayət qədər idi. Yola çıxanların yalnız bir qismi lazımi məntəqələrə yerləşdirilə bildi.

Məşhur amerikalı siyasətçi Bryus Feinin, ABŞ-ın ali komissarı, admiral Mark Bristolun, britaniyalı siyasətçi və admiral Kolbi Çesterin, dünyanın nüfuzlu alimlərindən Stenford Şounun, Castin Makkartın, Prinston Universitetinin professoru Hitom Lourin, britaniyalı tarixçi, professor Norman Stoun, amerikalı professor Günter Levin, türkiyəli alim Mehmet Perincək tarixi faktlara istinad edərək “erməni soyqırımı”nın əslində cəfəngiyatdan başqa bir şey olmadığını sübut ediblər. 

2015-ci ildə Prezident İlham Əliyevin Ankara səfərində   ən çox diqqət çəkən məqam aprelin 24 ilə bağlı qərar oldu. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında İlham Əliyev bildirdi ki, aprelin 24-də yenidən Türkiyəyə səfər edəcək. Sitat: “Bu il Türkiyədə tez-tez olacağam. Aprelin 24-ü biz Çanaqqala zəfərini birgə qeyd edəcəyik. Bu tarixin seçilməsinə görə özümün və Azərbaycan xalqı adından sizə minnətdaram”.
2015-ci ildə Türkiyə Çanaqqala savaşı tədbirlərinə 102 ölkənin dövlət başçısına rəsmi dəvət göndərmişdi. Bu mənada Türkiyənin bu gedişi ermənilərin “soyqırımı” kampaniyasını sıradan çıxarmaqla bağlı ciddi bir gediş idi. Hətta Türkiyə prezidenti Çanaqqala savaşının 100 illiyi toplantısına bu savaşda ölən erməni əsilli Osmanlı döyüşçülərinə görə Ermənistan prezidentini də dəvət etməsi xain qonşularımıza tərs şillə olmuşdu. 

Əslində qondarma “erməni soyqırımı”nın yayılma arealına diqqət edəndə açıq-aşkar görünür ki,  bəzi neoimperialist qüvvələr bu saxta ittihamlardan qardaş ölkəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.

Ümumiyyətlə, ermənilərin və erməni lobbisinin hədəfi “4 T” adlanan tələblərinin yerinə yetirilməsidir:

1. “Soyqırımı”nın dünyada tanınması;
2. Türkiyənin “soyqırımı” tanıması;
3. Türkiyənin “soyqırıma” uğramış adamların varislərinə təzminat ödəməsi;
Türkiyəli mütəxəssislər hesab edirlər ki, dünya ölkələrinin “soyqırım” qərarlarını qəbul etməsində 5 amil rol oynayır:
1. həmin ölkələrdəki erməni azlığının təsiri;
2. Türkiyəyə düşmən münasibət;
3. Türkiyəni Avropa Birliyində görməmək istəyi;
4. özünün törətdiyi soyqırıma suç ortağı axtarmaq cəhdi;
5. din.

Rusiyada 1917-ci il fevral və oktyabr inqilablarından sonra yaranan qarışıqlıqdan da istifadə edən çeşidli erməni millətçiləri    xalqımıza qarşı birləşərək 1918-ci ilin mart-aprel aylarında Azərbaycanda irimiqyaslı qırğınlar törətmişlər. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilmişdir. Ermənilər evləri yandırmış, insanları diri-diri oda atmış, milli memarlıq abidələrini, məktəbləri, xəstəxanaları, məscidləri və digər tikililəri dağıtmışlar. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilmişdir. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Təkcə Bakıda 12 mindən çox yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Şamaxıda 58 kənd dağıdılmış, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars  əyalətində 92 kənd yerlə-yeksan olunmuşdur. Təkcə 1905-1920-ci illərdə indiki Ermənistan ərazisində 500-dən artıq azərbaycanlı kəndi dağıdılmış, yarım milyon əhali soyqırımına məruz qalmışdır. Ermənilərin xəyanət və müxtəlif basqıları sovet hakimiyyəti illərində də davam etdirilmişdir. 1948-1953-cü illərdə onlar adət etdikləri metodlarla azərbaycanlıları daimi yaşadıqları Ermənistan SSR-dən çıxarmağa başlamış, eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütmüşlər. Bununla soydaşlarımızın tarixi torpaqlarından davamlı şəkildə deportasiya olunmasının əsası qoyulmuş və bu proses sovet hakimiyyətini mövcudluğu dövründə - 1988-ci ilin dekabrında başa çatdırılmışdır.

1988-1994-cü illərdə ermənilər yenə də havadarlarının təəssübkeşliyi, siyasi-hərbi və maddi yardımları ilə ərazimizin 20 faizini işğal etmiş, bir milyondan çox insan öz dədə-baba yurdundan didərgin düşmüşdür. On minlərlə adam öldürülmüş, şikəst olmuşdur.  Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq məqsədilə əsassız ərazi iddiaları irəli sürən ermənilər azərbaycanlılara qarşı bir əsrdə bir neçə dəfə soyqırımı törətmişlər. Bunların ən dəhşətlisi XX əsrin sonlarında baş vermiş Xocalı soyqırımıdır. Şübhəsiz ki, onlar bu cinayətkar əməllərinə görə gec-tez öz layiqli cəzalarını alacaqlar. 

O ki, qaldı 24 aprel məsələsinə, rəsmi Türkiyənin qəti mövqeyi belədir ki, “erməni soyqırımı” ideyası bir araşdırma mövzusu kimi siyasətçilərin deyil, tarixçilərin müzakirə predmetidir. Türkiyə dəfələrlə bəyan edib ki, bu cəfəngiyata son qoyulması üçün tərəfsiz ortaq komissiya yaradılsın və həmin komissiya istər Türkiyədə, istərsə də xarici dövlətlərin arxivlərində olan sənədləri araşdıraraq yekun nəticəyə gəlsin. Lakin erməni tarixçiləri istinad etdikləri “sənədlərin” saxta olmasının sübut olunacağından qorxaraq belə bir komissiyanın yaradılmasına mane olurlar. Çünki onlar yaxşı başa düşürlər ki, “erməni soyqırımı” tarixin ən böyük yalanıdır.