25 aprel 2017 15:53
1033

Muxtar Babayev: "Gələn il Azərbaycanda gündəlik 2 min ton karbamid istehsal olunacaq"

Gələn il Azərbaycanda gündəlik 2 min ton karbamid istehsal olunacaq.

"Report" xəbər verir ki, bunu bugün Bakıda keçirilən II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” Forumundə çıxış edən "Azərikimya" İB-nin prezidenti Muxtar Babayev deyib.

M.Babayevin sözlərinə görə, bu məhsulun 80%-i ixrac olunacaq:

"Bu Gün Sumqayıtda isteshal edilən məhsulların 50%-ə yaxını Çinə ixrac edilir. Bu isə Poti limanı vasitəsi ilə həyata keçirilir. "Silk way" deyilən yol var ki, hazırda təəssüf ki, bu yoldan istifadə edə bilmirik".