25 aprel 2017 22:59
361

Norveç gündəlik neft hasilatını 3 faiz artırıb

Norveçin gündəlik neft hasilatı martda 3 faiz artıb.

AZƏRTAC Norveçin Neft İdarəsinə istinadla xəbər verir ki, martda bu Skandinaviya ölkəsində gündəlik neft hasilatı fevral ayı ilə müqayisədə 3 faiz artıb. Ötən ay Norveçin sutkalıq neft hasilatı 2016-cı ilin eyni ayı ilə müqayisədə isə təxminən 8 faiz artıb.

Belə ki, mart ayında Norveçin gündəlik neft hasilatı təxminən 2,14 milyon barrel neft və kondensat olub. Bu göstərici fevral ayı ilə müqayisədə sutkada 63 min barrel çoxdur.

Ölkədə qaz satışı isə fevral ilə müqayisədə mart ayında 1,1 milyard kubmetr artaraq 11,2 milyard kubmetr təşkil edib.