Alyaskanın “North Slope” əyalətinin yaxınlığında yerləşən “Prudhoe” əyalətindəki neft quyusunda baş verən ehtiyatsızlıq xam neft və təbii qazın ətrafa yayılmasına səbəb olub.
“BP PLC” şirkəti quyunun operatorudur və məlumatı da məhz şirkətin özü yayıb. Böyük Britaniyanın BP enerji şirkəti əraziyə axan neftin həcminin hələ ki, məlum olmadığını və quyuda baş verən sızmanın ətrafdakı işçilərə təhlükə yaratdığını da bildirib.
“İki sahil” marketwatch.com saytına istinadən xəbər verir ki, hazırda ərazidə sızmanın qarşısını almaq üçün cəhd edilir. BP və digər səlahiyyətli orqanlar bazar günündən bəri bu hadisənin qarşısını almaq üçün həll yolları axtarırlar.
BP-yə daxil olan “Unified Command Task Force” qurumunun verdiyi məlumata görə, quyudan sızan neft təbii qazla müqayisədə daha az həcm təşkil edir.
BP, həmçinin sızma nəticəsində xəsarət alanın olmadığını və canlı təbiətə ziyan dəydiyini bildirib.
Qeyd edək ki, sızmanın baş verdiyi quyu özüqalxan qazma qurğusu vasitəsilə suyun 3-4 fut dərinliyində şaquli istiqamətdə qazılıb və BP şirkəti quyuda 55% paya sahibdir.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb