26 aprel 2017 22:19
358

SOCAR Gürcüstana gündəlik 7 milyon kubmetr qaz nəql edir

SOCAR Gürcüstana gündəlik 7 milyon kubmetr qaz nəql edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumunda SOCAR-ın Qaz İxrac İdarəsi rəisinin birinci müavini Nazim Səmədzadə məlumat verib.

“2016-cı ildə daxili imkanlar hesabına Hacıqabul-Qazax-Qardabani qaz kəmərində müəyyən təmir işləri aparılıb. Kəmərin gündəlik ötürücülük gücünü 10 milyon kubmetrə çatdırdıq. Bu kəmərlə 3 milyon kubmetr əlavə qaz nəql etmək imkanımız var”, - deyə N.Səmədzadə bildirib. O qeyd edib ki, İrandan gündəlik 8 milyon kubmetr qaz qəbul edilib. Bunun 7 milyon kubmetrini Astara-Hacıqabul, 1 milyon kubmetrini isə Xoy-Culfa (Naxçıvan Muxtar Respublikası) qəbul etmək gücündədir.