26 aprel 2017 23:15
322

Rusiya Qətərlə enerji sahəsində əməkdaşlıq edəcək

Rusiyanın energetika naziri Aleksandr Novak Qətərin paytaxtı Dohada baş tutan hökumətlərarası komissiya çərçivəsində mətbuat nümayəndələrinə açıqlama verib. A.Nokav bildirib ki, Rusiya Birbaşa İnvestisiyalar Fondu (RDIF) ilə Qətər İnvestisiya Fondu arasında 12 milyard dollar dəyərindəki layihələrlə bağlı müzakirələri davam etdiririk.

Rusiyalı nazir bildirib ki, 12 milyard dollarlıq bir neçə layihə üçün Qətər Dövlətinin rəsmi şəxsləri ilə görüşlər keçirilib. Layihələrlə bağlı görüşlərin hələ də davam etdiyini bildirən A.Novak sözügedən layihələrin enerji, dərman preparatlarının ixracı, ticarət kimi sahələri əhatə edəcəyini qeyd edib.

Ekspertlər qeyd edirlər ki, Rusiya və Qətər arasında müzakirə olunan layihələrin böyük bir qismi enerji sektorundakı əməkdaşlığı özündə əks etdirir.

Ölkəsinin Qətərin neft-qaz sənayesindəki bir sıra səhələrə daxil olmağa iddialı olduğunu qeyd edən Novak Rusiya şirkətlərinin Qətərdə neft və təbii qaz hasilatı üçün ortaq infrastrukturun yaradılmasında maraqlı olduqlarını billdirib. Daha sonra o, bildirib ki, görüşlərdə Qətərdə neft yataqları və neft və təbii qazın hasilatını həyata keçirmək üçün xidmət yaratmaqda maraqlı olduğumuzu bəyan etdik. Bu mənada Rusiya və Qətər dövlətləri arasında ikitərəfli əməkdaşlıq üçün ümid vəd edən layihələr var.

Dohada hökumətlərarası komissiyasın iclasında iştirak edən Qətərin energetika naziri Məhəmməd bin Saleh əl-Səda da rusiyalı həmkarı kimi iki dövlət arasındakı əməkdaşlığı müsbət qarşıladıqlarını qeyd edib. Həmçinin Saleh əl-Səda Rusiyanın Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və kartelə qeyri-üzv ölkələr arasında Vyanada imzalanmış sazişin ərsəyə gəlməsində və hasilatı azaltma öhdəliyinə əməl olunmasında önəmli rola sahib olduğunu vurğulayıb.

Xatırladaq ki, ötən il noyabrın 30-da Vyanada Küveytin də üzv olduğu OPEC 2017-ci ilin ilk 6 ayı üçün toplam hasilatı gündəlik 1,2 milyon barel azaltmaq qərarı almışdı. Daha sonra Rusiyanın aralarında yer aldığı 11 istehsalçı ölkə də toplam neft hasilatını 558 min barel azaltmaqla Vyana sazişinə qoşulmuşdu.

Həmidağa Məcidov, “İki sahil”