28 aprel 2017 19:49
332

Goranboy rayonunda daha dörd kəndə qaz xətti çəkilir

Prezident İlham Əliyevin bölgələrdə yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində verdiyi tapşırıqlar Goranboy rayonunda da plana uyğun olaraq mərhələli şəkildə uğurla icra edilir.

AZƏRTAC xəbər verir ki, 2017-ci ilin birinci rübündə rayonun Səmədabad kəndində 218 abonentə təbii qaz verilib. Hazırda isə 4 kəndə - Yolpaq, Qazaxlar, Sarov və Goranlıya metal və polietilen borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilir.

Cari ilin sonuna qədər rayon üzrə qazlaşdırma 94 faiz təşkil edəcək.

Qazlaşdırma işləri tam başa çatdırıldıqdan sonra Goranboyun 79 kəndinin hamısı təbii qazla təmin olunacaq.