SOCAR işçilərinin övladları üçün SOCAR və Uniper şirkətinin dəstəyi ilə iyunun 18-dən iyulun 2-dək Almaniyada növbəti Yay Düşərgəsi təşkil olunacaq.2017-ci ilin fevral ayı ərzində sözügedən proqramın reallaşdırılması məqsədi ilə şirkətin İnsan Resursları Departamentində sənəd qəbulu həyata keçirilmişdir. Proqramda iştirak etmək üçün 30 uşaq müraciət etmişdir. Proqrama seçim müsabiqə əsasında həyata keçirildiyi üçün namizədlər ilk olaraq test imtahanına dəvət olunmuş, imtahanlardan müvafiq keçid balını toplayan 25 nəfər müsabiqənin 2-ci mərhələsinə - müsahibəyə buraxılmışdır. 24-25 aprel tarixlərində keçirilmiş müsahibə turunda iştirak edən namizədlər bilik, bacarıq və dünyagörüşlərini nümayiş etdirmişlər. Müsabiqənin son turunu uğurla keçən 20 nəfər Almaniya Yay Düşərgəsi Proqramında iştirak imkanı qazanmışdır. Proqram başa çatdıqdan sonra layihənin davamı olaraq 17-31 iyul tarixlərində Almaniyanın UniPer şirkətinin əməkdaşlarının övladları 3-cü dəfə baş tutacaq Azərbaycan Yay Düşərgəsi Proqramında iştirak edəcəklər. Proqram müddətində Almaniyalı uşaqlar Azərbaycanın mədəni irsi, tarixi, incəsənəti ilə tanış olacaqlar.
Qeyd edək ki, SOCAR və Almaniyanın UniPer şirkəti arasında 19 sentyabr 2013-cü il tarixində imzalanmış qaz satışı və əməkdaşlıq sazişinə əsasən hər iki şirkət arasında layihələr və proqramların həyata keçirilməsi artıq bir neçə ildir ki, uğurla davam etdirilir. Bu proqramlardan biri də hər iki şirkətin əməkdaşlarının uşaqları üçün Almaniya və Azərbaycanda yay düşərgələrinin təşkil edilməsidir. Yay Düşərgələri proqramı 2014-cu ildən etibarən keçirilir.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb