28 aprel 2017 20:19
331

“Botaş International Limited” şirkətinin rəhbərliyi BANM-də olmuşdur

Bakı Ali Neft Məktəbində Türkiyənin “Botaş International Limited” (BIL) şirkətinin prezidenti Erdoğan Tozan, Maliyyə və inzibati məsələlər üzrə direktor Əhməd Akın ilə görüş keçirilmişdir.Rektor Elmar Qasımov iki qardaş ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş əlaqələrin mövcud olduğunu bildirmiş, BANM tələbələrinin Türkiyənin bir sıra müəssisələrində hər il təcrübə keçdiyini xatırlatmış, qeyd etmişdir ki, bu təlimlər tələbələrin inkişafina xidmət edir. Erdoğan Tozan tələbələrin Botaş şirkətində təcrübə keçməsi təklifinə müsbət yanaşdıqlarını vurğulamış və məsələnin həlli istiqamətində əlindən gələn dəstəyi göstərəcəyini bildirmişdir. Görüşdə BOTAŞ və BANM arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur. 

“Botaş International Limited” şirkəti neft-qaz sektorunda xarici tərəfdaşlarla səmərəli əməkdaşlığın genişləndirilməsi məqsədi ilə BOTAŞ tərəfindən yaradılmışdır. Şirkətin ən böyük və əhəmiyyətli layihələrindən biri də Bakı-Tbilisi-Ceyhan layihəsidir. Şirkət TANAP layihəsində də iştirak edir.