12 oktyabr 2017 17:41
620

Noyabrın sonunda "Astara Azərbaycan-Astara İran" yeni dəmir yolu xətti ilə yük qatarlarının hərəkətinə başlanacaq

Noyabrın sonunda "Astara Azərbaycan-Astara İran" yeni dəmir yolu xətti ilə yük qatarlarının hərəkətinə başlanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən Beynəlxalq Neft Sammitində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. O qeyd edib ki, “Astara Azərbaycan-Astara İran” yeni dəmir yolu xətti üzrə Azərbaycanda tikinti işləri yekunlaşıb. Astara çayı üzərində dəmir yolu körpüsünün inşası başa çatdırılıb. İran ərazisində tikinti işləri isə davam etdirilir.