Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına gələn ildən başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
O bildirib ki, bununla əlaqədar İsveçrənin "Stadler" zavoduna 30-a yaxın vaqon sifariş verilib.