14 oktyabr 2017 18:45
615

Qəbul məntəqələrinə 87 min 916 ton pambıq təhvil verilib

Oktyabrın 14-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 87 min 916,09 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən bir gündə 2097,30 ton pambıq tədarük olunub.

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlıda (17220 hektar), İmişlidə (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.

AZƏRTAC pambıq tədarükünə dair oktyabrın 14-nə olan operativ məlumatı təqdim edir.