Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandakı külək elektrik stansiyalarında 9,6 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, doqquz ayda ölkədəki günəş elektrik stansiyalarında isə 32,6 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.