17 oktyabr 2017 19:00
399

ASK ilə Belarusun Ticarət Sənaye Palatası arasında əməkdaşlığa dair memorandum imzalanıb

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Belarusun Ticarət Sənaye Palatası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu ASK-nın prezidenti Məmməd Musayev və Belarusun Ticarət Sənaye Palatasının rəhbəri Vladimir Ulaxoviç imzalayıblar.

Qeyd edək ki, imzalanma oktyabrın 17-də Bakıda keçirilən Azərbaycan-Belarus biznes-forumu çərçivəsində baş tutub.