17 oktyabr 2017 21:12
481

Türkdilli ölkələrin vahid investisiya platforması yaradıla bilər

Türkdilli ölkələr maliyyə bazarlarına qarşılıqlı investisiyalar üçün vahid platforma yaratmalıdır.

Trend-in məlumatına görə, bunu Bakıda “Azərbaycanın kapital bazarları. İmkanlar və perspektivlər” konfransında “InvestAZ” investisiya şirkətinin rəhbəri Elşən Quliyev deyib.

Onun sözlərinə görə, oxşar layihə hazırda Azərbaycanla Türkiyə arasında reallaşdırılır: “Bu yaxınlarda Azərbaycanın və Türkiyənin milli depozitarları anlaşma memorandumu imzalayıb. Bu sənəd türkiyəli investorların Azərbaycanın kapital bazarına çıxışını nəzərdə tutur”.