18 oktyabr 2017 21:29
513

Bakı Ali Neft Məktəbində Müstəqillik Günü qeyd olunmuşdur

Bakı Ali Neft Məktəbində 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.Məktəbin rektoru Elmar Qasımov giriş nitqində 18 oktyabr Dövlət Müstəqilliyi Gününün tarixindən, xalqımızın müstəqillik uğrunda mübarizəsindən, ölkəmizin beynəlxalq nüfuzundan, bu günə qədər əldə etdiyi siyasi-iqtisadi nailiyyətlərdən danışmış, bu nailiyyətlərin Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin seçdiyi strateji inkişaf yolunun və uzaqgörən siyasətin bəhrəsi olduğunu qeyd etmişdir. 

BANM-in ingilis dili və humanitar fənlər mərkəzinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin tarixi məqamları və keçdiyi inkişaf yolu haqqında ətraflı məlumat vermişdir. Sonra tələbələr bu mövzuda maraqlı təqdimatlar keçirmişlər. 

Elmar Qasımov müstəqilliyimizin 26-ci ildönümü münasibətilə bütün tədbir iştirakçılarını və Azərbaycan xalqını təbrik etmiş, müstəqilliyimizin daimi və möhkəm olmasını arzulamışdır.