24 oktyabr 2017 21:54
614

Ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çox pambıq təhvil verilib

Oktyabrın 24-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 123 min 966,21 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur. Belə ki, keçən il oktyabrın 24-dək pambıq qəbulu məntəqələri 41 min 867 ton məhsul tədarük etmişdi.

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı (17220 hektar), İmişli (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.

AZƏRTAC pambıq tədarükünə dair oktyabrın 24-nə olan operativ məlumatı təqdim edir.