10 noyabr 2017 17:39
1085

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Şəmkir şəhərinə səfər edib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Şəmkir şəhərində humanitar aksiya keçirib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, klinikanın 12 nəfərdən ibarət həkim və tibb işçisi heyəti bu dəfə Şəmkirdə nəzərdə tutulan aksiyada iştirak ediblər. Məqsəd müayinələr aparmaq, müalicə tətbiq etmək, eləcə də cərrahi əməliyyatlar həyata keçirməkdir. Aksiya zamanı 200-dən çox pasient müayinə olunub və 20 cərrahi əməliyyat aparılıb.

Aksiyanın təşkilinə dəstək göstərən Şəmkir şəhər Heydər Əliyev Mərəkəzinin direktoru, millət vəkili Sona Əliyeva bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.

Bundan əlavə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi 13 noyabr-Beynəlxalq Gözdən Əlillər Günü ilə bağlı Şəmkirdə bir sıra maarifləndirmə tədbirləri də həyata keçirib. Gözlə bağlı problemi olan pasientlərə bir sıra məsəhətlər verilib, müayinə və müalicələr aparılıb.

Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi aksiyalar ölkə başçısının səhiyyə siyasətinin tərkib hissəsidir. Mərkəz mütəmadi olaraq respublikasının müxtəlif regionlarında pasientlərə səyyar xidmət göstərir, onların problemlərinin həll olunmasına dəstək göstərir, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparır. Əldə edilən nəticələri müzakirə olunaraq yerində həll edilir.

Qeyd edək ki, 2005-ci ildən fəaliyyət göstərən Səyyar Klinika respublikanın 87 rayon və şəhərlərində 122 aksiya keçirib, 21645 pasiyent müayinə və müalicə, 2465 xəstə cərrahi əməliyyat olunub. Cərrahi əməliyyatlar ümümi xəstələrin sayına görə 11,39 faiz təşkil edir.