13 noyabr 2017 19:16
641

“Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib

“Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib.

Klubdan AZƏRTAC-a bildiriblər ki, gənc yarımmüdafiəçi Elnur Süleymanovla üçillik müqavilə bağlanıb.

2014/2015-ci il mövsümündə “İnter” klubunun heyətində Azərbaycan Premyer Liqasında debüt etmiş E.Süleymanov ötən mövsüm AZAL-ın heyətində 18 oyunda meydana çıxıb.

U-19 milli komandamızla Avropa çempionatında iştirak etmiş Elnur Süleymanov Sloveniya yığması ilə oyunda (3:2) qol vurub.

Yeni transfer ötən il U-21 milli komandamıza da cəlb olunub.