08 yanvar 2018 22:51
1212

Qarabağda hücuma keçən Ermənistan ordusu itki verdi

Cəbhə xəttində təxribata cəhd edən erməni hərbi birləşmələri növbəti dəfə itki verib.

Publika.az “news.am”-a istinadən xəbər verir ki, hadisə ötən gün cəbhənin şimal-şərq istiqamətində baş verib.

Atəşkəs rejimini pozan erməni hərbi birləşmələrinin əsgəri Vaçe Çilinqaryan cavab atəşi nəticəsində məhv edilib.