16 yanvar 2018 20:47
1177

“Kəpəz” 5 futbolçu ilə müqavilə bağlayıb

 

“Kəpəz” qış fasiləsində heyətinə qatdığı 5 futbolçu ilə münasibətlərini rəsmiləşdirib.

Bu barədə “Report”a Gəncə təmsilçisinin baş məşqçisi Yunis Hüseynov məlumat verib.

O bildirib ki, ukraynalı qapıçı Sergey Litovçenko və braziliyalı orta xətt oyunçusu Dieqo Souza ilə 6 ay 1 il şərti ilə müqavilə bağlanılıb. Digər qapıçısı Tərlan Qasımzadə, yarımmüdafiəçi Tərzin Cahangirov və gürcüstanlı yarımmüdafiəçi Giuli Manjqaladze isə 1 illik sözləşməyə imza atıb.

“Kəpəz”ə Türkiyə toplanışında qoşulacaq sabiq braziliyalı hücumçusu Dario Federiko ilə isə 6 aylıq müqavilə bağlanılacaq.

Qeyd edək ki, “Kəpəz” qış fasiləsində “Qəbələ”dən Roman Hüseynovu icarəyə götürüb. Həmçinin Samir Zərgərov və Murat Səttarlı ilə müqavilə bağlanılıb.