16 fevral 2018 17:43
1383

Çavuşoğlu Tillersonla Ankarada görüşür

Hazırda Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ölkədə səfərdə olan ABŞ dövlət katibi Reks Tillersonla danışıqlar aparır. "İki sahil" Trend-ə istinadən xəbər verir ki, görüş Ankarada keçirilir.

Görüşdə əsas müzakirə mövzusunun Türkiyənin Afrində apardığı hərbi əməliyyatlar olduğu bildirilib.

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın Dövlət katibi Reks Tillerson Ankarada görüşüblər. Görüş 3 saat 15 dəqiqə davam edib. Tərəflər, Afrində keçirilən "Zeytun budağı" əməliyyatını, eləcə də Suriya və İraqdakı vəziyyəti müzakirə ediblər.