Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
02 oktyabr 2020 01:20
351

AFFA prezidenti "Qarabağ"ı təbrik edib

AFFA prezidenti Rövnəq Abdullayev "Qarabağ" komandasını qələbə münasibətilə təbrik edib.

Bu barədə “İki sahil” AFFA-nın saytına istinadən xəbər verir.

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Varşavadakı "Wojska Polskiego" stadionunda keçirilmiş "Legiya" (Polşa) - "Qarabağ" oyunundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla telefonla əlaqə saxlayaraq möhtəşəm qələbə, növbəti dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanması münasibətilə komandanın bütün üzvlərini Azərbaycan futbol ailəsi adından təbrik edib və qrup mərhələsində uğurlar arzulayıb.