29 may 2019 11:47
1166

Bakı-Novorossiysk kəməri ilə neft ixracı nə vaxt bərpa ediləcək?

SOCAR  iyul ayından etibarən Bakı-Novorossiysk neft kəməri ilə neft ixracını bərpa edəcək.

Bu barədə  SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

Şirkət təmir işləri ilə əlaqədar Bakı-Novorossiysk boru kəməri ilə neft ixracını dayandırıb. 

Azərbaycan 1997-ci ildən Bakı-Novorossiysk kəməri ilə neft nəql edir.