03 iyun 2019 10:31
22033

Barmaqlarımız niyə uyuşur?

Gündəlik həyatımızda hər kəs barmaq uyuşması hadisəsi ilə dəfələrlə rastlaşır. Uyuşma kimi narahatlığa əsas yaradan səbəblər aşağıdakılardır.

Boyun və bel tutulmaları. Sümüklərdə müxtəlif xəsarətlərə yol açan, irəliləyən yaş, qamətin doğru saxlanılmaması, diabet, sümük əriməsi kimi hallar səbəbi ilə boyun sümüklərində həddən çox aşınmalar meydana gəlir. Bu aşınmalarda yaranan tutqunluqlar kanaldan keçən sinirlərin fəaliyyətinə mənfi təsir göstərir və bu səbəbdən qollarda və ayaqlarda ağrı, uyuşma və hisslərin itirilməsi kimi xəsarətlər meydana gəlir.

Vitamin və mineralların çatışmazlığı. Kalsium, maqnezium, çinko, B12 vitamin çatışmazlığı  əzələlərin sıxılıb açılmasına təsir edərək barmaqlarda uyuşmalara səbəb ola bilər.

Şəkər xəstəliyi. Yaxşı təqib olumayan diyabet xəstələrində əl və ayaqlarda əlcək, corab tərzi deyilən uyuşmalar müşahidə olunur.

Qan dövranının  pozulması. Barmaqlarda qan dövranını əngəlləyən hər hansı bir durum uyuşma və tutqunluğa səbəb ola bilər.

Həmçinin uzun müddət siqaretdən istifadə, alkoqol, metal zəhərlənmələri, onurğa yaralanmaları, onurğa xərçəngi və s. kimi səbəblər uyuşmalara gətirib çıxara bilirlər.

Bəs barmaq uyuşmalarının səbəblərini aradan qaldıracaq müalicə metodu varmı? Endokrinoloq Aytən Bağırovanın sözlərinə görə,  bunun üçüb tibbi müdaxilə lazım ola bilər. Məsələn, vitamin qəbulu, əzələ, sinir sisteminin aktiv fəaliyyətini təmin edən dərmanlar qəbul edilə bilər. “İsti və soyuq kompreslərin qoyulması qan dövranına müsbət təsir edərək uyuşmaları aradan qaldıra bilər.”

Düzgün qidalanma özü də bu kimi narahatlıqların aradan qaldırılmasında xüsusi rol oynayan amildir. Belə ki, xolesterindən uzaq olmaq, liflə zəngin pəhriz, yüksək antioksidant qidaları qəbul etmək orqanizmimiz üçün lazımlı sayılır. Bəzi hərəkətlər və masaj  özləri də problemin aradan qaldırılmasına kömək edir. 

Nilufər Mustafaqızı, “İki sahil”