KÖŞƏ

Vəli İlyasov

Baş terrorçu Paşinyanla “söhbət etmək” niyyətindədir

13 dekabr 2018 23:31
1386

Ermənistan müdafiə nazirinin keçmiş müavini, general Manvel Qriqoryanın həbs müddəti daha iki ay uzadılıb.

Xəbər verilir ki, birinci instansiya məhkəməsi sui-qəsdçi generalın cinayət işinin araşdırılması üçün  Ermənistan Milli İstintaq Komitəsinə ərizə ilə müraciət edib. İttiham olunan generalın vəkili Arsen Mkırtıçyan səhhətindəki problemə görə Manvel Qriqoryanın məhkəmə prosesində iştirak edə bilmədiyini bildirib. Vəkil generalın onkoloji xəstəlik və diabetdən əziyyət çəkdiyini açıqlayıb: “Qriqoryanın ciddi xəstəliyi var. Buna görə də onun azad edilməsi üçün ən yüksək məhkəmə instansiyalarına və zərurət yarandıqda Avropa məhkəmələrinə müraciət edəcəyik, ədalətin bərpa olunmasına nail olacağıq.”

Xatırladaq ki, general Manvel Qriqoryan vəzifədə olarkən səlahiyyətlərini aşaraq qanunsuz silah saxlamaqda və dövlət əmlakını mənimsəməkdə, habelə dövlət çevrilişində cəhddə ittiham olunur. Parlamentin qərarı ilə sabiq deputat general Manvel Qriqoryanın toxunulmazlıq hüququ ləğv edilib.

Ancaq baş nazir Nikol Paşinyanı cismən məhv etmək istəyən təkcə general Arsen Mkırtıçyan deyil. “Sasna Tsrer” silahlı terror qruplaşmasının başçısı Jirayr Səfilyan adlı birisi də bu günlərdə meydana çıxaraq Nikol Paşinyanla “söhbət etmək” istədiyini bildirib. Jirayr Səfilyan yaxın ətrafına bildirib ki, dövlət başçısı erməni xalqının həyatı ilə oynamamalıdır. O, lazım gəlsə silaha əl atacağına da işarə edərək aşkar surətdə Nikol Paşinyana hədə-qorxu mesajı göndərib.

Gözlənilir ki, Ermənistanda dekabrın 9-da keçirilən parlament seçkilərində biabırçılıqla məğlub olan qüvvələrin radikalları seriyalı terror aktlarına  start verəcəklər. Çünki onlar Paşinyandan dinc üsulla yaxa qurtarmağa çalışsalar da bacara bilmədilər, parlament seçkilərində acınacaqlı məğlubiyyətə uğradılar.

General Manvel Qriqoryanın çevriliş cəhdi ifşa ediləndən sonra nəzərlər başının dəstəsi ilə Dağlıq Qarabağda gizlənən quldur Jirayr Səfilyana zillənib. Paşinyandan qisas almaq qəsdində olanlar ümidlərini ona bağlayıblar. Xankəndidəki  qeyri-qanuni rejimin başçısı Bako Saakyanla və İrəvandakı “Qarabağ klanı”nın rəhbərləri ilə sövdələşib razılığa gələn  terror qrupunun başçısı onlara “hökumətlə danışıb məsələni ayırd edəcəyinə” söz verib.

Bir sözlə, yaxın vaxtlarda Ermənistanda dövlət çevrilişlərinə cəhdlərin baş verəcəyi gözlənilir. Cəmiyyətdə cövlan edən hadisələr və hətta ayaq tutub mətbuata sızan məlumatlar bunu deməyə əsas verir. Beləliklə, bizdə deyildiyi kimi, bu didişmədə “İtin dişi, tülkünün dərisi” olacaq.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...