19 sentyabr 2019 19:02
131

Ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə yığıncaq - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli  rayon təşkilatının qərargahında bir qrup ərazi ilk partiya təşkilatının sədrləri ilə növbəti dəfə  görüşüb.

Görüşdə YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədovun partiyanın rayon və şəhər təşkilatlarının sədrləri ilə keçirdiyi müşavirədə qaldırılan məsələlər diqqətə çatdırılıb.

A.Kərimli ərazi ilk partiya təşkilatlarının fəaliyyətindən bəhs edərək onların tərkibi, uçot-dəqiqləşdirmə, təbliğat-təşviqat işlərinin aparılması və s. istiqamətində işlərin bundan sonra da uğurla və səmərəli şəkildə davam etdirilməsini tövsiyə edib. Bu baxımdan ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasi fəaliyyətini, təbliğatını həyata keçirən siyasi partiya olaraq YAP-ın və onun ərazi ilk partiya təşkiatlarının üzərinə böyük məsuliyyət düşür. Təşkilat sədrlərini bu istiqamətdə daha fəal olmağa səsləyib. Sosial şəbəkələrdə Azərbaycanın  inkişafını istəməyən qüvvələr dövlətimizə qarşı  qarayaxma kampaniyası apararaq ictimaiyətdə çaqınlıq yaratmağa çalışırlar.

YAP Kürdəmir rayon təşkilatının sədri çıxışında sosial şəbəkələrin, günümüzdə yeri və roluna da toxunaraq bildirib ki, Azərbaycan cəmiyyəti yetkin, intellektual cəmiyyətdir. Xalqımız  həmin dairələrin əməllərini qətiyyətlə pisləyir. A.Kərimli bildirib ki, hər bir partiya üzvünün  dövlət başçısı cənab İlham Əliyevin ətrafında daha da sıx birləşməsi, ölkəmizin inkişafını gözügötürməyən qüvvələrə qarşı daim mübariz  olması   ən vacib məsələlərdəndir.

Orxan Vahidoğlu, “İki sahil”