04 dekabr 2020 15:58
350

Ermənistan tərəfi 700-ə yaxın meyit götürüb

Ermənistan tərəfi indiyədək axtarış nəticəsində 693 hərbçisinin meyitini aşkarlayaraq götürüb.

"İki sahil" azvision-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Qeyd edilib ki, axtarışlar davam edir və cəsəd mübadiləsi mütəmadi olaraq həyata keçirilir.

Qarabağ separatçılarının nümayəndəsi Unan Tadevosyan axtarışlar zamanı yalnız bir nəfəri Şuşada sağ tapdıqlarını deyib. Onun sözlərinə görə, hələ Zəngilan, Füzuli, Cəbrayıl, Hadrutun cənub bölgələrində axtarış aparılmır.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan tərəfi ilə danışıqlar davam edir. Yüksək vəzifəli rus zabitlərinin iştirakı ilə əsirlərin mübadiləsinə dair danışıqlar aparılır, lakin hələ nəticə yoxdur.