KÖŞƏ

Məhərrəm Ağalaroğlu

İllüziyaçı

05 sentyabr 2019 11:07
1049

Və yaxud məzən olsun, Əli Kərimli!

Azərbaycan siyasi sferasında heç zaman lider ola bilməyən, ən önəmli mərhələlərdə ikinci planda qalan yeganə iddialı fiqur AXCP sədri Əli Kərimlidir. Əvvəlcə mərhum Prezident Əbülfəz Elçibəyin kölgəsində qalmışdı, sonra Azərbaycan Milli İstiqlal Partiyasının sabiq sədri Etibar Məmmədovla Müsavatın sabiq başqanı İsa Qəmbərin. Fərqli şəxslərin kölgəsində qalmağa adət etmiş Əli Kərimli bu dəfə də sədri olduğu AXCP-nin keçmiş üzvü olan Cəmil Həsənlinin liderliyini qəbul edib. Nə isə, bu adamın fəaliyyəti haqqında “XALQ CƏBHƏSİNİN “YURD” HƏQİQƏTLƏRİ” kitabında təfərrüatı ilə məlumat var. Ona görə də Ə.Kərimlinin dünəni ilə işim yoxdur. Mən partiya sədrinin bugünkü fəaliyyətindən söz açacağam. Yox, səhv başa düşməyin, partiya sədri yazsam da onun fəaliyyətinin siyasətlə əlaqəsi yoxdur. Açıq desək, illüziyaçılıqla - aldatmaq, məsxərə, olmayan bir şeyi həqiqət kimi qəbul və təlqin etməklə məşğuldur. Bu adam Henri Anderson kimi papaqdan dovşan çıxara bilməsə də özündən yaxşı söz çıxara bilir. Bəzən “quş” da “çıxarır”. Amma papaqdan yox, ağzından. Amma qınamalı deyil. Adam son zamanlar özünü siyasi fiqurdan çox “Stand up” (stəndap) şousunun ulduzu kimi aparır. Bir gün “YouTube” platformasında açılmış bir kanalda, o biri gün digər kanalda, səhəri gün “Facebook” platformasında canlı yayımda çıxış edir. Bunlar olmayanda da səhifəsində statuslar yazaraq şou adamlarına xas şəkildə gündəmdə qalmağa çalışır. Məsələn, AXCP sədri yazdığı bir statusunda xalqa hiper illüziya nümayiş etdirir. İddia edir ki, o, Sevinc Osmanqızının “YouTube” platformasındakı “Osmanqızı TV”də yeni nömrələrini nümayiş etdirəcəkmiş, Azərbaycan hökuməti kosmik müdaxilələrlə Sevinc Osmanqızının texniki avadanlıqlarını dağıdıb. Bizim oralarda ölünün qıdığını gətirən bu cür heyrətamiz təxəyyül məhsullarına şahid olunan adam heyrətini ifadə etmək üçün “ə” səsini nəfəsi çatdığı qədər uzadaraq, “BAY DƏDƏ!”, deyir. Bu illüziyaçı olmayan bir şeyi həqiqət kimi qəbul və təlqin etməyə o qədər aludə olub ki, informasiya, kommunikasiya texnologiyaları barəsində geniş bilik və ya təsəvvürləri olan və ümid bağladığı yeni nəsilə nömrə gəlməyin mümkün olmadığını unudub. Yeni nəsil bilir ki, kosmik müdaxilə ilə mikrafonu, mikseri, videokameranı, hətta bilikçini (kompyuteri) də sıradan çıxarmaq mümkün deyil. Kosmik müdaxilə ilə uzaqbaşı interneti kəsmək olar ki, bunu da ABŞ kimi elektron təhlükəsizliyi pik səviyyədə təmin edilmiş ölkədə tətbiq etmək çox çətindir. Kənar müdaxilə ilə bilikçiyə virus salaraq proqramını qarışdırmaq da olar ki, onun üçün də kosmik müdaxiləyə ehtiyac yoxdur. Belə hal baş versə belə, günlərlə texnikasız qalmaq tələb olunmur. Ən azından ona görə ki, bilikçinin format olunması bir neçə saat vaxt aparır. Ayrıca nəzərə alsaq ki, hər bir bilikçini fərdi təhlükəsizlik proqramı ilə qorumaq mümkündür və böyük ehtimalla Sevinc Osmanqızı da bu cür proqramlardan istifadə edib, o zaman qərarımızı qətiləşdirə bilərik ki, Əli Kərimli və Sevinc Osmanqızı ağ yalan danışaraq özlərini məsxərə obyekti edirlər.

Bu cür nömrələrlə ancaq yaşlı nəsli aldada bilər ki, onlar da illüziyaçının bütün nömrələrini 1990-cı ilin əvvəlindən bəri görüblər. Siz illüziyanın miqyasına diqqət edin. Bütün potensialı ilə Azərbaycan iqtidarını səriştəsizlikdə ittiham etdikləri halda, bu gün deyirlər ki, hökumət kosmik müdaxilələrlə bir jurnalistin texniki avadanlıqlarını sındırıb. Özü də harada, Amerika Birləşmiş Ştatlarında... Məzən olsun, Əli Kərimli! İndi nə deyirsən, Azərbaycan ABŞ-da kiminsə nələrinisə dağıdacaq qədər inkişaf edib, qüdrət sahibi olub, ya bütün sahələrdə inkişafdan geri qalıb?

Elə həmin gün yazdığı digər statusunda AXCP sədri iddia edir ki, Azərbaycan hökuməti demokratiyanı Cənubi Qafqazdan qovub çıxarmaq istəyir. Bu da onun növbəti olmayan bir şeyi həqiqət kimi təqdim etmək cəhdidir. Belə ki, Azərbaycanda demokratiyanın bütün prinsiplərinə əməl edilir, vətəndaşların bütün azadlıqları təmin olunur. Yəni hər kəs istədiyi sözü deyir, gileyini bildirir, seçkilərdə iştirak edib qəbul etdiyi şəxsi seçir.

Vəli İlyasov
Qiymət: O
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...