28 yanvar 2020 21:23
1427

Rusiyalı Olimpiya çempionu karyerasını başa vurub

Rusiyanın tennis üzrə Olimpiya çempionu karyerasını başa vurub.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “Rio-2016” Yay Olimpiya Oyunlarının qalibi Yekaterina Makarova karyerasını bitirməsi ilə bağlı “Instagram” səhifəsində məlumat yayıb. Otuz bir yaşlı tennisçi bildirib: “Karyeramı bitirməklə bağlı mənim üçün o qədər də asan olmayan qərar qəbul etdim”.

Xatırladaq ki, tennisçi üç dəfə yay universiadasının qalibi olub.