21 may 2019 17:04
1528

YAP Pirallahı rayon təşkilatının Şura iclası - FOTO

Mayın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının Şura iclası keçirilib. İclasda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura, İdarə Heyətinin üzvləri, ərazi ilk partiya təşkilatıın sədrləri iştirak ediblər.  

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov iclasın gündəliyini yığıncaq iştirakçılarıın diqqətinə çatdırıb. Gündəlikdə duran birinci məsələ sosial şəbəkələrdə fəaliyyətlə bağlı idi. "Sosial şəbəkələr əsl XXI əsr hadisəsi - internet fenomenidir. Bir neçə il öncə kimsə sosial şəbəkələrin həyatımıza bu qədər daxil olacağına inanmazdı. Amma bu gün insanların əksəriyyəti sosial şəbəkələrin istifadəçiləridir. Sosial şəbəkələr həm də ideoloji işin aparılmasında mühüm təbliğat vasitəsidir" - deyə sədr bildirib.

H.Şikarov qarşıdan gələn 28 May - Respublika Günü və  15  İyun - Milli Qurtuluş Günü münasibətilə  ərazi ilk partiya təşkilatlarında keçiriləcək tədbirlərin KİV-də işıqlandırılmasının vacivliyini vurğulayıb.

Gündəlikdə duran növbəti məsələ Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin fəaliyyəti ilə bağlı idi. "Gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsidir. Gənclərin tərbiyəsi, onların problemlərinin həllinə dəstək və gənc vətəndaşlara dövlət qayğısı müstəqil Azərbaycan dövlətinin daxili siyasətinin mühüm vəzifələrindəndir. Bu gün Azərbaycan gəncliyinin seçiminin Yeni Azərbaycan Partiyası olmasının da arxasında məhz dövlətçiliyə bağlılıq, milli mənafenin qorunması kimi müqəddəs amallar dayanır. YAP ulu öndər Heydər Əliyev ideyalarının daşıyıcısı, müasir Azərbaycan gəncliyinin güvənc yeridir. Gənclərimiz hər zaman Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşməklə onun həyata keçirdiyi siyasəti dəstəkləyirlər", - deyə Hikmət Şikarov vurğulayıb.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatına gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.  

İclasın sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Orxan Vahidoğlu, “İki sahil”