Bu ilin 3 rübündə Azərbaycandan 5 milyard 262 milyon 743 min kubmetr təbii qaz ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, yanvar-sentyabr aylarında ixrac olunan təbii qazın dəyəri isə 1 milyard 28 milyon 245 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, keçən ilin doqquz ayında ölkədən 5 milyard 213 milyon 579 min kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 928 milyon 658 min dollar olub.
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edir
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb