Amerikanın “Kosmos Energy” beynəlxalq neft şirkəti gözlədiyi nəticəni əldə etmədiyi üçün Surineym sahilində, 42 saylı blokda yerləşən “Pontoenoe-1” kəşfiyyat quyusundakı qazma əməliyyatlarını erkən tamamlayıb. Şirkət kommersiya xarakterli karbohidrogen ehtiyatı əldə edə bilməyib. Bu “Kosmos Energy”nin sözügedən ərazidə qazdığı ikinci boş quyudur.
“iki sahil” offshoreenergytoday.com saytına istinadən xəbər verir ki, uğur əldə olunmayan birinci quyu “Anapai-1A” olub və quyu iyun ayında qazılmışdı.
“Pontoenoe-1” quyusu “Paramaribo” adlı ərazinin 280 kilometrliyində yerləşir və ümumi dərinliyi təxminən 6194 metrdir. Şirkət quyunu n hal-hazırda sementlənərək bağlandığını və tərk olunduğunu elan edib.
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edir
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb