Üç rübdə Bakı–Tbilisi–Ceyhan kəməri ilə 25,1 milyon ton neft göndərilib
Bu ilin 9 ayında Azərbaycandakı magistral neft kəmərləri ilə 30 milyon 881,7 min ton neft nəql olunub. Nəqletmənin 81,5 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib. Yanvar-sentyabr ayları ərzində bu kəmər vasitəsilə 25 milyon 153,8 min ton neft ötürülüb. Doqquz ayda BTC ilə 4 milyon 785,8 min ton tranzit nefti də nəql edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edir
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb