Türkiyənin Əliağa yarımadasında nəhəng layihə olan “STAR” Neft Emalı Zavodunun açılışı ərəfəsində SOCAR-ın rəhbərliyi burada çalışan gənc azərbaycanlı mütəxəssislərlə görüşüb. Daha əvvəl yüksək qiymətlərlə Bakı Ali Neft Məktəbini bitirən gənc azərbaycanlılar indi SOCAR-ın Türkiyədəki müəssisələrində çalışaraq, dəyərli təcrübə əldə edirlər.
Gəncləri 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edən SOCAR prezidenti Rövnəq Abdullayev onların inkişafı üçün yaradılan şəraitin məhz müstəqilliyimizin əldə edilməsi sayəsində mümkün olduğunu vurğulayıb. Bu gün SOCAR-ın qlobal şirkətə çevrilməsi, xarici bazarlarda Azərbaycan üçün gəlirlər əldə etməsi də məhz müstəqilliyimizin bəhrəsidir.
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edir
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb