Çexiyanın xarici işlər naziri Tomaş Petrşiçek fikrincə, Əfqanıstanda çex əsgərlərin həlak olması onun ölkəsinin sülhməramlı missiyada iştirakına əngəl olmamalıdır.
AZƏRTAC xəbər verir ki, xarici siyasət idarəsinin rəhbəri bu qənaətini Çexiya televiziyasına müsahibəsində ictimaiyyətlə bölüşüb. Çexiya hökumətində sosial-demokratların təmsilçisi olan Tomaş Petrşiçek bu məsələdə özünün partiya üzrə həmkarı Lyubomir Zaoralekdən fərqli mövqedən çıxış edir.
Xarici işlər naziri əmindir ki, Əfqanıstanda xidmət edən çex hərbçilər öz doğma ölkəsinin təhlükəsizliyinə töhfə verirlər. Nazir vurğulayıb ki, söhbət Əfqanıstandan Avaropaya narkotik maddələrin yayılmasının və yeni miqrasiya dalğasının qarşısının alınmasından gedir.