Çin hökuməti öz neft şirkətlərindən İrandan xam neft almamağı istəyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-ın sanksiyaları ilə əlaqədar “China National Petroleum Corp.” ilə “Sinopec”in İrandan neft tədarükünü dayandırdığı bildirilir.
Lakin mənbələrə görə, hər iki şirkətin İrandan neft tədarükünü dayandırması müvəqqətidir. ABŞ-la aparılacaq danışıqlardan sonra tədarük yenidən bərpa edilə bilər.
Qeyd edək ki, ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edir
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb