Pakistanın səlahiyyətli nümayəndələrinin verdikləri məlumata görə, Karaçi liman şəhərinin cənubundakı sahilin 1.5 kilometrliyində baş verən neft sızmasından sonra ərazidə təmizlənmə əməliyyatlarına başlanılıb.
“Word Wildlife” fondunun direktoru Moazam Xan neft izlərinin ərazinin 8 kilometrliyində aşkar olunduğunu və dəniz canlılarına təsirsiz ötüşmədiyini bildirib. Yerli sakinlər sızmaya zavodun yaxınlığında yerləşən sualtı boru xəttinin səbəb odğunu güman edirlər. Lakin Pakistanın Dəniz Təhlükəsizliyi Agentliyinin sədri Mohammad Abid tədqiqatların aparıldığını, lakin sızmanın mənbəyinin hələ təyin olunmadığını qeyd edib.
“İki sahil” abcnews.go.com saytına istinadən xəbər verir ki, zavod hələlik sızmaya səbəbin olduğunu inkar edir.
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edir
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb