Almaniyanın İranın neft-qaz sektorunda fəaliyyət göstərən “Wintershall” şirkəti işlərini dayandıraraq ölkəni tərk etmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin üzvü Martin Bahman deyib. O qeyd edib ki, şirkətə beynəlxalq maliyyə ödəmələri sisteminə çıxış lazımdır. Bu çıxış bağlandıqdan sonra İranda qalıb işləməyin mənası yoxdur.
M.Bahman bildirib ki, şirkət İranda uğurla fəaliyyət göstərirdi, hər iki tərəf qazanc əldə edirdi. Lakin sanksiyalar işlərin yarımçıq qalmasına səbəb oldu: “Biz İranı tərk etmək məcburiyyətindəyik”.
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edir
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb